Bir ayda Çağrı Mərkəzinə 57691 zəng daxil olub

2017-ci ilin aprel ayı ərzində Çağrı Mərkəzinə 57691 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 46130 zəng daxil olmuşdur. Bu barədə Vergilər Nazirliyindən “Olaylar”a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə: - ümumilikdə daxil olmuş zənglər 60,9 faiz və ya 21831 ədəd, - canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər 87,7 faiz və ya 21555 ədəd artmışdır. 2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 52,9% və 63,1% artaraq 196 658 və 148 086 olmuşdur.

2017-ci ilin aprel ayı ərzində Çağrı Mərkəzinə 57691 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 46130 zəng daxil olmuşdur. Bu barədə Vergilər Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə: - ümumilikdə daxil olmuş zənglər 60,9 faiz və ya 21831 ədəd, - canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər 87,7 faiz və ya 21555 ədəd artmışdır. 2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 52,9% və 63,1% artaraq 196 658 və 148 086 olmuşdur. Nəticədə 1 iş günü ərzində canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1974 ədəd olmuşdur. Hesabat ayında canlı rejimdə daxil olmuş zənglər üzrə 20569 sual xarakterli müraciət birbaşa cavablandırılmış, 1246 müraciət vərəqəsi tərtib edilmişdir. Vergi növləri barədə məlumat əldə etmək üçün ay ərzində 2706, dövlət büdcəsinə olan vergi borcu barədə məlumat əldə etmək üçün 2881 və canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq məqsədi ilə sifariş etmək üçün 655 dəfə səsli menyudan istifadə edilmişdir. Hesabat ayında vergi ödəyicilərinə 177809 SMS göndərilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31