Gündəm
Ermənistanda nazir işdən çıxarılıb
Ermənistanın ədliyyə naziri Arpine Ovanisyan vəzifəsindən azad edilib. Bu barədə Ermənistan prezidentiSerj Sarkisyan sərəncam imzalayıb. A. Ovanisyan bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.
Müsabiqədənkənar və vakansiyalar gizlədilərək işə götürülən müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək
“Təhsil Nazirliyi 2014-cü ildən sonra müsabiqədənkənar işə qəbul edilən, vakansiyalar gizlədilərək işə götürülən müəllimlərin barəsində tədbir görüb. Tədris ilinin sonunda onların hamısı ilə əmək müqavilələrinə xitam veriləcək. Həmin müəllimlərin sayı hələ dəqiq deyil və onların sənədlərinin yoxlanması prosesi gedir. Sonradan həmin müəllimlərin işlədiyi yer vakansiyaya düşəcəksə, mövcud müəllimlər arasında dərs yükünü bölmək mümkün deyilsə, o saatlar vakansiyaya çıxarılacaq”.
Azərbaycanlı müğənni xəyanətin qurbanı oldu – VİDEO
Azərbaycanlı müğənni Nurəli Cavadov yaradıcılığında yenilik edib. “Olaylar” – a açıqlama verən ifaçı bildirib ki, söz musiqisi özünə məxsus “Dostum qayıdıb” adlı yeni mahnı oxuyub: “Bu günə qədər yaradıcılığımda bir çox yeniliklər etmişəm.
Rumıniya səfiri Bakı Dövlət Universitetində
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib. Universitetdən “Olaylar" – a bildirilib ki, BDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən, Rumıniya ali təhsil ocaqları ilə uğurlu əlaqələrindən bəhs edən rektor əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını bildirib.
Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır
Millət vəkili Fərəc Quliyev Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərarına ciddi etiraz edərək, Azərbaycanı sərt mövqe nümayiş etdirməyə və Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb. “OLAYLAR”-ın xəbərinə görə, millət vəkili deyib ki, Azərbaycanda yüzlərlə rus məktəbi var.
Yaponiya arasında hərbi əlaqələrin yaradılması məsələləri müzakirə edilib
Mayın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
ABŞ-ın energetika naziri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində iştiraka dəvət edib
ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb. Bu barədə Energetika Nazirliyindən “Olaylar2a verilən məlumata görə, Rik Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə Natiq Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb.
Zakir Qaralov Göygöldə qəbul keçirəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 26-da saat 10:00-da Göygöl rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Siyasi plüralizmin daha bir nümunəsi
Çağdaş dünyanın diqqət mərkəzində olan aktual problemlərindən biri də insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlıdır. Sirr deyil ki, müxtəlif cəmiyyətlərdə insan hüquqlarının tanınması və qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun nə dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur. Azərbaycanın müstəqillik tarixinin qısa bir dövrə təsadüf etməsinə baxmayaraq insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində xeyli işlər görülüb. Nətisədə ölkə vətəndaşlarına sərbəst toplaşmaq azadlığı verilib, üstəlik bu azadlığın təmin olunmasına dövlət zəmanəti təmin edilib.
Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq
“Ötən il Azərbaycanda rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Keçid balı - 36 baldan çox toplayanların nəticəsi bir il qüvvədə saxlanılır və onlar bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcəklər. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Keçid balını toplayanların sayı ilə bağlı is' dəqiq məlumat yoxdur”.
Bakı-2017: Atıcılıq komandamız gümüş medal qazandı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medal qazanıb. Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət ikinci komandamız finalda Bəhreynə uduzub - 24:27.
"ÜAK-ın ləğvi Rusiyanın da dövlət maraqlarına vurulan zərbədir"
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir". Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər.
Çəyirtkələrə qarşı mübarizə aparılır
Azərbaycan Respublikası ərazisində Mərakeş və İtaliya çəyirtkələrinə qarşı müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar"a verilən məlumata görə, tədbirlər çərçivəsində İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonları ərazisində 35.000 hektar dövlət ehtiyat fondu torpaqlarında müşahidə işləri aparılıb, 8500 hektar sahədə isə sirayətlənmə aşkar edilib. Hazırda ümumilikdə 7640 hektar dövlət ehtiyat fondu torpaqlarında mübarizə tədbirləri görülüb.
Cənub bölgəsində “Sumsad odlusu”na qarşı mübarizə tədbirləri görülür
Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 1250 hektar meşa təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericilərə yoluxduğu aşkar olunub.
Xoreoqrafiya Akademiyasında “Siz həmişə bizimləsiniz”
Xoreoqrafiya Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Siz həmişə bizimləsiniz” adlı ədəbi-bədii gecə keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığında geniş söz açılaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb. Tədbirdə ədibin qələminə məxsus “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən” televiziya tamaşalarından fraqmentlər, akademiyanın tələbələri Fərid Əzizov, Arzu Əsədova, Fatimə Əlimova və Elvin Nurinin ifalarında isə “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan” pyeslərindən səhnələr nümayiş etdirilmişdir.













