Varşava Ukrayna sərhədçilərinin Polşada fəaliyyətini nəzərdən keçirir-ÖZƏL
14:05 DünyaPolşa hakimiyyəti zərurət yaranacağı təqdirdə Ukrayna sərhədçilərinin ölkə ərazisində fəaliyyət göstərməsinə icazə verməyi nəzərdən keçirir. Olaylar.az xəbər verir ki, Polşa Daxili İşlər Nazirliyinin PAP agentliyinə açıqlamasına görə, belə bir addım sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və birgə yoxlamalar əsasında həyata keçirilə bilər.
Nazirlik məsələ ilə bağlı hələlik qərar qəbul edilmədiyini, təşəbbüsün reallaşması üçün Avropa Komissiyasının təsdiqinin tələb olunduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31