Gündəm
Bədbəxt hadisə zamanı 13 nəfər ölüb - AZƏRBAYCANDA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-aprel aylarında istehsalatla əlaqəli 43 bədbəxt hadisə (o cümlədən istehsalatla əlaqəli qrup halında baş vermiş 2 hadisə) qeydə alınıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Nazirlik: İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək
Təhsil naziri Mikayıl Cabbarovimtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Nazirlikdən verilən xəbərə görə, əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.
Avropa İttifaqının Ukrayna üçün viza rejimini ləğv etməsi ilə bağlı yekun sənəd imzalanıb
Bu gün Strasburqda Avropa İttifaqının Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq etməsinə dair qərarın imzalanma mərasimi keçirilib. Mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa İttifaqına sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib. “Biz buna nail olduq. Əladır! Hər şey qaydasındadır, hər kəs məmnundur.
SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb
SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb. Daşkənddə keçirilən “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov arasında görüş keçirilib.
Daşkənddə “Özbəkistanın neft və qazı-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransın açılışı olub
“Özbəkneftqaz” Milli Holdinq Şirkəti, Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət Nazirliyi və ölkənin Ticarət-Sənaye Palatasının dəstəyi ilə Daşkənddə “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransın açılışı olub.
Dilənçinin üstündən 6340 AZN pul çıxdı
Türkiyədə aparılan araşdırma nəticəsində küçələrdə diləndirilən uşaqların üzərindən inanılmaz məbləğdə pul tapılıb. Türkiyənin Diyarbəkir bölgəsində çoxsaylı şikayətlər əsasında reyd keçirilib.
Nüvə üçbucağı dünyanı məhv edə bilər: Dəhşətli ssenariyə DOĞRU
Bu günlərdə Çinin paytaxtı Pekində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumunda dünyanın 30 ölkəsinin liderləri toplaşdı.
Muğam Mərkəzində yeni layihənin ilk konserti - Rast muğamı
Ermənistanda homoseksuallar etiraz edir
Ermənistanın LGBT icması ölkədə cinsi dəyişikliklərə icazə verilməsini istəyir. Bu barədə "Yeni Nəsil" humanitar ictimai təşkilatın sədri Sergey Qabrelyan bildirib.
Muzey və qoruqlarda açıq qapı
18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, “Beynəlxalq Muzeylər Günü” münasibətilə mayın 18, 19, 20 may tarixlərində nazirliyin strukturunda olan muzeylərdə və qoruqlarda “Açıq Qapı” günü elan olunacaq və YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusunda silsilə tədbirlər keçiriləcək.
Narkotik satan “iş başında” yaxalanıb
Biləsuvar şəhər sakini Pərviz Babayev 3,334 qram tiryəki və 7,33 qram marixuananı satarkən Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən tutulub.DİN-dən verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Hümbət Abıyev müəyyən edilərək tutulub və ondan 2,751 qram tiryək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq H.Abıyevə narkotik vasitəni satan həmyerlisi Şakir Vahablı da müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 421,93 qram marixuana aşkar edilərək götürülüb.
Dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub
Mayın 16-da Zabrat dəmir yolu stansiyasının ərazisindən 30 ədəd rels birləşdiricisi oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rels birləşdiricilərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rahib Məmmədov tutulub. Araşdırma aparılıb.
Gəncədə silsilə oğurluq törədən şəxs tutulub
Gəncədə silsilə oğurluq törədən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 həyətyanı sahədən su mühərriki, 5 ədəd palma ağacı və məişət əşyaları, həmçinin 1 mağazadan pul, tütün məmulatı və spirtli içkilər oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ceyhun Mərdanov saxlanılıb. Araşdırma aparılır.
Dollar bahalaşmaqda davam edir
Hərraclarda və eləcə də Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da valyuta bazarında ABŞ pulunun bahalaşması müşahidə edilir. Belə ki, son 10 gündə rəsmi məzənnədə hər 100 dollarda 40 qəpik bahalaşan milli valyutamız bu müddətdə vayuta bazarında 3 manatdan çox ucuzlaşıb.
Putin: “Lavrov-Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq"
"Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır”. Bunu Rusiya prezidenti Vladimir Putinİtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.














