Muzey və qoruqlarda açıq qapı
18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, “Beynəlxalq Muzeylər Günü” münasibətilə mayın 18, 19, 20 may tarixlərində nazirliyin strukturunda olan muzeylərdə və qoruqlarda “Açıq Qapı” günü elan olunacaq və YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusunda silsilə tədbirlər keçiriləcək.
17 May 2017 16:42 Sosial18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə "Beynəlxalq Muzeylər Günü" qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi" mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, "Beynəlxalq Muzeylər Günü" münasibətilə mayın 18, 19, 20 may tarixlərində nazirliyin strukturunda olan muzeylərdə və qoruqlarda "Açıq Qapı" günü elan olunacaq və YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi" mövzusunda silsilə tədbirlər keçiriləcək.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bülbülün Memorial Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Masallı Tarix-diyarşünaslıq Muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Şirvanşahlar Sarayı, Tahir Salahovun Ev-muzeyi, Üzeyir Hacibəylinin Ev-muzeyi və digər muzeylər tədbirlər keçiriləcək.