Gündəm
Deputatdan Rusiyadakı azərbaycanlılara SƏRT SÖZLƏR
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarına münasibət bildirib.
"Qələbəmi anama həsr edirəm"
"Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında idman gimnastikasında komanda hesabında gümüş, fərdi hesabda qızıl medal qazanmış Murad Ağarzayev uğurlarını anasına həsr edib". Bunu 18 yaşlı gimnast açıqlamasında deyib. M.Ağarzayev anasının altı yaşından bəri onu dəstəklədiyini və uğuruna inandığını deyib: "Qoy bu uşaqlar üçün nümunə olsun. Mümkün olmayan heç nə yoxdur. Qoy qələbələrimiz sayəsində himnimiz səslənsin və Azərbaycan bayrağı dalğalansın".
Diqqət: Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?
Uzun illər əziyyət çəkib xaricdə təhsil alırsan, universiteti bitirdikdən sonra diplomunun Azərbaycanda tanınmadığı məlum olur. Xəzər xəbər-in məlumatında deyilir ki, bu günə qədər xaricdə təhsil alan tələbələrin 30% bu problemlə qarşılaşıb. Təhsil Nazirliyinin Akreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev diplomun tanınmamasının bir sıra səbəbləri olduqunu bildirib.
Jurnalistlərin ev kriteriyalarına baş redaktorların münasibəti
Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb. Açıqlamada deyilir ki, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.
"Bu məsələ ali səviyyədə həll olunmalıdır" - ÜAK-la bağlı AÇIQLAMA
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərər vurmayacaq". Bunu Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutu Analitika mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Leonid Qusev deyib. Onun sözlərinə görə, ölkələr iqtisadiyyat, siyasət və mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq edir.
Hansı MTK-lar vətəndaşları aldadır? - Araşdırma
Azərbaycanda mənzil tikintisi azalıb. Belə ki, əksər ölkələrdə iqtisadi artımın lokomotivi hesab edilən tikinti sektoru ildən-ilə bazardakı payını itirir. Yaranmış vəziyyətdə şirkətlərin payı daha böyükdür. Bura zaman-zaman vətəndaşların aldadılması - eyni mənzilin bir neçə vətəndaşa satılması, kommunal haqların yüksək olması, binanın ilkin layihəsi ilə təhvil verildikdən sonrakı vəziyyəti arasındakı fərqlər və sair daxildir. Nəticədə 12 il əvvəl 926 tikinti şirkəti fəaliyyət göstərirdisə, bu gün onların sayı 40-a qədər düşüb. Adekvat olaraq yaşayış evlərinin tikintisinə qoyulan investisiyaların həcmi də beş faiz azalaraq 1,030,608,6 min manat olub.
Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını TƏSDİQ ETDİ
Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.
Fransa hökumətinin yeni tərkibi açıqlandı
Yelisey Sarayının baş katibi Aleksi Koler bu gün Fransa hökumətinin yeni tərkibini açıqlayıb. Fransanın daxili işlər naziri Lion şəhərinin meri Jerar Kolon olub.Fransanın müdafiə naziri postuna isə Avropa Parlamentinin deputatı Silvi Qular təyin edilib. Keçmiş müdafiə naziri Le Drian isə Fransanın yeni xarici işlər naziri olub.
"Ermənilər Tərtəri iki istiqamətdən atəşə tutublar" - İcra başçısı
Mayın 16-da axşam saatlarında Tərtər rayonunun təmas xəttində yerləşən ərazisi erməni silahlı birləşmələri tərəfindən iki istiqamətdən atəşə tutulub. Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, ermənilər həmin əraziləri minaatanlardan atəşə tutublar: "Təxminən saat 22:30 radələrinə qədər ərazilərimiz atəşə tutuldu. Kəndlərdə dağıntı yoxdur. Əsasən boş sahələrimiz atəşə tutulub. 22:30 radələrində Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurdu. Hazırda sakitçilikdir, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".
Əfv olacaq?
Azərbaycanda növbəti əfv fərmanının iyun ayında veriləcəyi barədə məlumatlar var. İnsan haqları müdafiəçisi, Dilarə Əliyeva adına Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri, Novella Cəfəroğlu gözləntilərin əbəs olmadığın bildirdi: "Növbəti əfv fərmanının konkret nə zaman imzalanacağını dəqiq bilmirik, amma biz də ümidlə gözləyirik. Düdür, hələ Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşmayıb, lakin bizim dəqiq məlumatımız var ki, əfv olacaq. Çünki müəyyən şəxslərlə görüşlər olur, bu istiqamətdə iş gedir”.
"Mirəziz Əsgərov Vidadi Əzizovdan 100 min manat istəyib" - "MTN işi"
Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İstanbul faciədən döndü: 10 kiloqramlıq bomba son anda tapıldı - VİDEO
Polisin ayıq-sayıqlığı İstanbulu böyük faciədən xilas edib. Meşəlik sahədə şübhəli paketdən 10 kiloqramlıq bomba tapılıb.
Qarabağ problemi: savaşa doğru, yoxsa danışıqlar?
Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bütün ermənilərin Katolikosu 2-ci Qareginlə bu yaxınlarda görüşmək niyyətindədir. Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə keçiriləcək görüşün Moskvada baş tutacağı gözlənilir.
Azərbaycanın Gənc Dostları Klubu Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycanın Gənc Dostları Klubu adından litvalı həmsədr - Salomeya Lukaytedən və yunanıstanlı həmsədr - Dimitrios Asproulisdən prezident İlham Əliyevə müraciət ünvanlanıb.
"Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək"
"Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu". Bunu Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.














