"Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək"

"Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu". Bunu Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.

"Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu". Bunu Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.

O deyib: "Uğur əldə etməyimə imkan yaratmış hər kəs - anam, məşqçilər, Federasiya rəhbərliyi qarşısında baş əyirəm. İslamiadanın Bakıda keçirilməsi, möhtəşəm açılış, təşkilatın yüksək səviyyəsi, bütün bunlar idman tarixinə düşəcək".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31