Əfv olacaq?
Azərbaycanda növbəti əfv fərmanının iyun ayında veriləcəyi barədə məlumatlar var. İnsan haqları müdafiəçisi, Dilarə Əliyeva adına Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri, Novella Cəfəroğlu gözləntilərin əbəs olmadığın bildirdi: "Növbəti əfv fərmanının konkret nə zaman imzalanacağını dəqiq bilmirik, amma biz də ümidlə gözləyirik. Düdür, hələ Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşmayıb, lakin bizim dəqiq məlumatımız var ki, əfv olacaq. Çünki müəyyən şəxslərlə görüşlər olur, bu istiqamətdə iş gedir”.
17 May 2017 17:52 SosialAzərbaycanda növbəti əfv fərmanının iyun ayında veriləcəyi barədə məlumatlar var. İnsan haqları müdafiəçisi, Dilarə Əliyeva adına Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri, Novella Cəfəroğlu gözləntilərin əbəs olmadığın bildirdi: "Növbəti əfv fərmanının konkret nə zaman imzalanacağını dəqiq bilmirik, amma biz də ümidlə gözləyirik. Düdür, hələ Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşmayıb, lakin bizim dəqiq məlumatımız var ki, əfv olacaq. Çünki müəyyən şəxslərlə görüşlər olur, bu istiqamətdə iş gedir".
N.Cəfəroğlu dedi ki, onlardakı siyasi məhbusların siyasında 34 nəfərin adı var və o şəxslərin də əfvə salınacağına ümid edir: "Beynəlxalq təşkilatlarda da bununla bağlı arzu-istək var. Onların buraxılması Qərblə münasibətləri də xeyli yumşaldar. Hələlik gözləyirik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilməyib. Ancaq mütəmadi şəkildə komissiyaya müraciətlərin ünvanlandığını nəzərə alsaq, iclasların qarşıdakı zaman kəsiyində də keçirilməsi mümkündür. Onu da qeyd edək ki, əfv sərəncamları çox hallarda Novruz bayramı, yaxud 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalanıb. Lakin prezidentin müstəsna səlahiyyətlərinə daxil olduğu üçün dövlət başçısı istənilən zaman bununla bağlı qərarını verə bilər. Yeri gəlmişkən, 2012-ci ilin 22 iyununda bir sıra tanınmış siyasiləri də əhatə edən 66 nəfərə şamil olunan əfv fərmanının imzalanması da faktdır. Musavat.com