SEPAH ABŞ-yə xəbərdarlıq etdi: Hörmüz boğazındakı sualtı internet kabelləri hədəfə alına bilər – ÖZƏL
13:06 DünyaOlaylar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Mohebi ABŞ ilə münaqişənin yeni gərginlik mərhələsinə qədəm qoyacağı təqdirdə Tehranın yeni silahlar nümayiş etdirəcəyini və yeni hədəfləri vuracağını bəyan edib. O, Fars agentliyinə açıqlamasında Hörmüz boğazının altından qlobal internet və kommersiya məlumatlarının daşındığı 7 iri kabelin keçdiyini xatırladaraq, Düşmənə bunu nəzərə almağı tövsiyə edib. Fevralın 28-dən ABŞ və İsrailin İrandakı obyektlərə zərbələri və qarşılıqlı cavab hamlələri ilə başlayan hərbi toqquşmalar səbəbindən strateji Hörmüz boğazında gəmiçilik faktiki olaraq dayanıb ki, bu da dünya bazarında neft, neft məhsulları və durulaşdırılmış təbii qazın qiymətlərinin kəskin yüksəlməsinə gətirib çıxarıb.