Jurnalistlərin ev kriteriyalarına baş redaktorların münasibəti
Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb. Açıqlamada deyilir ki, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.
17 May 2017 18:18 SosialKütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb. Açıqlamada deyilir ki, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.
Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Adalet.az bu kriteriyalarla bağlı media kapitanlarını münasibətini öyrənib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "Ötən illə indiki kriteriyalar arasında o qədər ciddi fərq yoxdur. Düşünürəm və hesab edirəm ki, çox normaldır bu kriteriyalar. Sadəcə orda müəyyən aydınlaşdırılmamış məqamlar var. Aydınlaşdırlmamış məqamlardan biri də ondan ibarətdir ki, texnki heyyətə evlərin verilib-verilməməsi məsələsinə aydınlıq gətirilməyib. Bu məsələyə aydınlıq gətirilsə daha yaxşı olar. Çünki redaksiyanın daxilində həm yaradıcı heyyət həm də texniki heyyət var. Bunların arasında çox ciddi mübarizələrin və mübahislərin getməyi də təbiidir. Redaktorlar arasında da baş verir, mən təkcə "Şərq" qəzetini nəzərdə tutmuram. Başqa redaksiyaların daxilində də söz-söhbətlər var. Buna aydınlıq gətirilsə daha yaxşı olardı. Kriteriayalarda konkretlik bundan ibarətdir ki, keçən ildə gündəlik nəşr olunan qəzetlərdən üç nəfərdən artıq namizd müəyyənləşdirilə bilməzdi. İndi bu rəqəm xeyli artıb. Altı nəfər olub. Bunun özü də müsabət haldır. Bu onu göstərir ki, redaksiya ev ala biləcək jurnalistlərin sayı çoxalacaq. Müsbət dəyərləndirirəm."

"Olaylar" qəzetinin baş redaktou Yunus Oğuz: "Mətbuat işçilərinə evlərin paylanması, mətbuatın necə vacib sahə olduğunun bariz nümunəsidir. Yaxşı haldır ki, Prezident və yürütdüyü siyasətdə mətbuta qayğı öz yerini tapıb, bu həm də təkcə evlərin tikilib paylanması deyil, vaxtaşırı özünü digər məsələlərdə də özünü göstərir. Mətbuata diqqət, mətbuatın müstəqil olmasına ən yaxşı töfhədir."

Axar.az saytının baş redkatoru Anar Niftəliyev: "Jurnalistlərə dövlət tərəfindən mənzillər bağışlanması digər ölkələrdə analoqu olmayan bir haldı və bu bizdə artıq ənənə halına çevrilib - ilk dəfə 2013-cü ildə ehtiyacı olan jurnalist həmkarlarımıza mənzillər bağışlanıb. İndi əvvəlkindən daha çox mənzil veriləcək. Ev - insan həyatına birbaşa təsir edən, əslində, bir çox məqamda taleyini həll edən məsələdir. Ona görə bu hadisəni yüksək dəyərləndirirəm, böyük qayğı, böyük dəstəkdir.
O ki qaldı şərtlərə və istənilən sənədlərə, məncə, ədalətli prinsiplər müəyyənləşdirilib."

Trend İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev: "Çox müsbət münasibət bildiririəm. Düşünürəm ki, ilkin mərhələdə bundan açıq və şəffaf hər hansı açıqlama ola da bilməzdi. İlkin şərtlər aşıqlanıb, demək olar ki, mümkün variantlar nəzərə alınıb. Təbii ki, fərdi suallar da olacaqdır və bu da təşkil edilən komissiya tərəfindən cavablandırılacaq və aydınlıq gətiriləcəkdir. Zənnimcə bu məsələlər çox mühüm və təqdirəlayiq hal kimi dəyərləndirilməlidir..."

"İki sahil" qəzetinin baş redkatoru Vüqar Rəhimzadə:"Çox ədalətli, düzgün bir addım atılıb. Möhtərəm Prezidentimizin vətən, millət üçün etdiyi ədalətli seçimə görə dərin təşəkkür edirəm. Dövlətin qayğı göstərməsi müsbət və sevindirici haldır."

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Komissiyanın müəyyənləşdirdiyi qaydalar tamamilə ədalətlidir. Çox güman ki, bu qaydalar ciddi araşıdırma və təhlillər nəticəsində ortaya çıxıb. Bu baxımdan hər hansı bir əlavə təklifim yoxdur. Həm komissiyaya, həm də mənzil bölgüsündə iştirak edəcək bütün həmkarlarıma uğurlar azrulayıram".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev: "Jurnalistlərə dövlət qayğısı ilk dəfə ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə hakimiyyəti dövründə başlayıb. Qəzet və jurnalların nəşriyyatlara olan borcları ləğv edildi. Senzura aradan qaldırıldı. Sonradan bu işi ölkə başçısı İlham Əliyev öz üzərinə götürdü. 2013-cü ildə dünya praktikasında ilk dəfə jurnalistlərə ev verildi. Bu ilin yayında növbəti evlər paylanacaq. Ev veriləcək jurnalistlərlə bağlı prosedurlarla tanışam. Nəzərdən qaçan heç bir detal yoxdur. Düşünürəm ki, KİVDF evlə bağlı redaksiya tərəfindən namizədliyi irəli sürülən jurnalistlərlə bağlı müddəalar standartlara uyğundur. Əlavə heç bir şərhim, nəzərdən qaçmış hesab etdiyim detal yoxdur. Kimliyindən asılı olmayaraq ev alan jurnalistləri indidən təbrik edirəm."

Azadinform.az saytının baş redaktoru Niyaz Niftiyev: "Kriteriyalar münasibdir, düşünürəm ki, bundan daha sadə şərtlər mümkün deyil. Xüsusən də say və təcrübə məsələləri münasibdir. Bütün həmkarlarıma uğurlar arzulayıram."