Brüssel Gürcüstandakı zorakılıqlara göz yummaqda ittiham olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Brüsseli ikili standartlarda və riyakarlıqda ittiham edib. O bildirib ki, Avropa İttifaqı Albaniyadakı zorakılıq və dövlət əmlakına hücumları dərhal pislədiyi halda, son yeddi ildə Gürcüstanda baş verən oxşar zorakı əməllərə və hakimiyyəti devirmə cəhdlərinə susqun qalıb. Papuaşvilinin sözlərinə görə, Aİ nəinki bu zorakılıqları pisləməyib, əksinə, hər uğursuz cəhddən sonra Gürcüstanı hədəf alaraq məsuliyyət daşıyan qrupları müdafiə edib. Parlament sədri vurğulayıb ki, Gürcüstan Brüsselin bu siyasətini ifşa etməyə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31