Rumıniya səfiri Bakı Dövlət Universitetində
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib. Universitetdən “Olaylar" – a bildirilib ki, BDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən, Rumıniya ali təhsil ocaqları ilə uğurlu əlaqələrindən bəhs edən rektor əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını bildirib.
17 May 2017 16:22 SosialBakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib. Universitetdən "Olaylar" - a bildirilib ki, BDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən, Rumıniya ali təhsil ocaqları ilə uğurlu əlaqələrindən bəhs edən rektor əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını bildirib. Universitetlərarası münasibəərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir Dan İanku bunun üçün BDU-da çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib.
Görüşdə bu günlərdə baş tutacaq universitetlərarası forumdan da bəhs edilib.