Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır

Millət vəkili Fərəc Quliyev Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərarına ciddi etiraz edərək, Azərbaycanı sərt mövqe nümayiş etdirməyə və Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb. “OLAYLAR”-ın xəbərinə görə, millət vəkili deyib ki, Azərbaycanda yüzlərlə rus məktəbi var.

Millət vəkili Fərəc Quliyev Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərarına ciddi etiraz edərək, Azərbaycanı sərt mövqe nümayiş etdirməyə və Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili deyib ki, Azərbaycanda yüzlərlə rus məktəbi var. Azərbaycanda cəmi 200 min civarında rus kökənli azərbaycanlı yaşayır: "Amma Rusiyada milyonlarla azərbaycanlı yaşayır və orda məktəblər yoxdu axı, sadəcə bazar günü məktəbləri var. Onda burda da ruslar üçün bazar günü məktəbləri olsun. Azərbaycanca danışsınlar, Azərbaycan dilini öyrənsinlər, təhsillərini azərbaycanca alsınlar, necəki Rusiyada yaşayan azərbaycanlılar davranırlar. Hesab edirəm ki, Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır. Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığından, Rusiyaya digər xoş münasibətləri ucbatından, dəfələrlə qərb təsisatlarında müxtəlif səviyyələrdə münasibətlərə xələl gəlməsi ilə rastlaşıbdı. Artıq, Azərbaycan qərb təsisatlarında mövcud yaxşı münasibətlərini daha da inkişaf və davam etdirməlidir . Hesab edirəm ki, Rusiyadan silah almağa da son qoymaq lazımdır. NATO-ya inteqrasiya olunmaq lazımdır. Qərb təsisatlarına getmək lazımdır. Gürcüstan və Baltikyanı ölkələr kimi tamamilə qərb təsisatları ilə, qərb ölkələri ilə münasibətlər qurmaq, Rusiyanın bu cür siyasətinin dəyişəcəyinə qətiyyən inanmıram və hesab edirəm ki, siyasətimizə yenidən baxmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31