Xoreoqrafiya Akademiyasında “Siz həmişə bizimləsiniz”

Xoreoqrafiya Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Siz həmişə bizimləsiniz” adlı ədəbi-bədii gecə keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığında geniş söz açılaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb. Tədbirdə ədibin qələminə məxsus “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən” televiziya tamaşalarından fraqmentlər, akademiyanın tələbələri Fərid Əzizov, Arzu Əsədova, Fatimə Əlimova və Elvin Nurinin ifalarında isə “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan” pyeslərindən səhnələr nümayiş etdirilmişdir.

Xoreoqrafiya Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Siz həmişə bizimləsiniz" adlı ədəbi-bədii gecə keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığında geniş söz açılaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb.

Tədbirdə ədibin qələminə məxsus "Unuda bilmirəm", "Sən həmişə mənimləsən" televiziya tamaşalarından fraqmentlər, akademiyanın tələbələri Fərid Əzizov, Arzu Əsədova, Fatimə Əlimova və Elvin Nurinin ifalarında isə "Mənim günahım", "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan" pyeslərindən səhnələr nümayiş etdirilmişdir.

Sonda Azərbaycan Respublikasının xalq artisti Ağaxan Salmanlı və Bakı Xoreoqrafiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək,  tələbələrin təşəbbüslərini dəstəkləyərək, ədibin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan söz açdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31