Rubio: Tramp Ukrayna danışıqlarında irəliləyişin olmamasından məyusdur-ÖZƏL
14:56 DünyaABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlarda irəliləyişin olmamasından məyus və qəzəblidir. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Olaylar.az xəbər verir ki, Rubio, Fox News-un yayımladığı Hindistan səfəri zamanı jurnalistlərə bildirib ki, "Tramp bu prosesə təxminən iki il həsr etməsinə baxmayaraq, danışıqlarda heç bir irəliləyişin olmamasından açıq şəkildə məyus və qəzəblidir".
Eyni zamanda, dövlət katibi vurğulayıb ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün səylərini göstərmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31