Məhkumlara narkomaniya ilə mübarizə mövzusunda tamaşa nümayiş etdirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə “Tədbirlər Planı”na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə narkomaniyanın insan həyatına və cəmiyyətə vurduğu mənfi təsirləri əks etdirən “Həyatla oyun” adlı maarifləndirici tamaşa nümayiş etdirilmişdir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə "Tədbirlər Planı"na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə narkomaniyanın insan həyatına və cəmiyyətə vurduğu mənfi təsirləri əks etdirən "Həyatla oyun" adlı maarifləndirici tamaşa nümayiş etdirilmişdir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, maarifləndirmə funksiyasını yerinə yetirən və narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan tamaşa məhkumlar tərəfindən böyük maraqla qarşılanıb. Sonda məhkumlara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyası tərəfindən hazırlanmış maarifləndirici nəşirlər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31