Sərnişinlərə nümunəvi xidmət göstərilir
Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı sərnişinlərə yüksək xidməti ilə seçilmiş «Bakı Metropoliteni» QSC yarışların keçirildiyi günlərdə də fəaliyyətini tədbirlər planına uyğun davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İslam Oyunlarının təqviminə uyğun olaraq, yarışların keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır.
17 May 2017 15:48 SosialMayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı sərnişinlərə yüksək xidməti ilə seçilmiş "Bakı Metropoliteni" QSC yarışların keçirildiyi günlərdə də fəaliyyətini tədbirlər planına uyğun davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, İslam Oyunlarının təqviminə uyğun olaraq, yarışların keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır. Eyni zamanda, qonaqların daha çox axını müşahidə olunan şəhər mərkəzinə, həmçinin Atletlər kəndinin yerləşdiyi əraziyə yaxın olan "Koroğlu" stansiyasında gücləndirilmiş rejimə müvafiq qaydada daimi nəzarət davam etdirilir. Qeyd edək ki, İslam Oyunlarının proqramına daxil olan yarışların keçirildiyi günlərdə Bakı Metropoliteni fəaliyyətini gecə saat 01:00-a qədər davam etdirir. Sərnişin axınından asılı olaraq, ehtiyac duyularsa, qrafikin uzadılmasının mümkünlüyü də qüvvədə qalır. Bildirilib ki, sərnişinlərin məlumat almaq istədikləri məkanlar arasında İçərişəhər, xüsusən də Qız qalası, həmçinin dənizkənarı bulvar üstünlük təşkil edir. İlk günlərdə metropolitendən istifadə qaydaları, həmçinin gediş haqqının ödənilməsi ilə bağlı məlumat almaq istəyənlərin sayı daha çox olub. Bu mənada məhdud istifadə üçün kartların alınması üstünlük təşkil edir.