Bakıda iki prokurorun yeri dəyişdirildi
15:30 SiyasətBakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyev müvafiq əmrləri imzalayıb.
Digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31