Satışa leş əti çıxaran şəxsləri məsuliyyətə cəlb etmək mümkün olmur
“Son günlər mətbuatda mənşəyi məlum olmayan saysız-hesabsız ölmüş heyvan cəmdəklərinin satışa çıxarılması barədə məlumatlar yayılmaqdadır. Rəsmi strukturlardan əldə edilən məlumata görə, təkcə Daşkəsən rayonunda 7 ton mənşəyi bəlli olmayan ət aşkar edilib.
17 May 2017 15:24 SosialDeputat qanunda dəyişiklik edilməsini təklif etdi
"Son günlər mətbuatda mənşəyi məlum olmayan saysız-hesabsız ölmüş heyvan cəmdəklərinin satışa çıxarılması barədə məlumatlar yayılmaqdadır. Rəsmi strukturlardan əldə edilən məlumata görə, təkcə Daşkəsən rayonunda 7 ton mənşəyi bəlli olmayan ət aşkar edilib. Görülən inzibati tədbirlərə baxmayaraq regionlardan paytaxt Bakıya leş ətlərinin daşınması davam edir". Bunu deyən millət vəkili Çingiz Qənizadə bildirib ki, bu istiqamətdə mübarizə aparılması üçün qanunvericilikdə boşluqlar var. Həmin boşluqları aradan qaldırmaq üçün qanunlarda dəyişiklk edilməlidir: "Hazırda belə hallar aşkar edilən zaman cinayət işinin başlanması üçün Cinayət Məcəlləsinin 200-cü maddəsi tətəbiq olunur. Lakin bu maddə o halda tətbiq olunur ki, mütləq qanunvericiliyi pozan hüquqi şəxs olmalı, ya da fərdi sahibkar qismində qeydə alınmış şəxs olmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə fiziki şəxs 200-300 manat miqdarında cərimə edilir. Hesab edirəm ki, bu qanunvericilikdəki boşluqdur. Odur ki, həm CM, həm də İXM-da sanksilayar artırılmalıdır. Paralel olaraq bu cür işlərlə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunvericilikdə yenu maddə olmalıdır".