Apreldə 195-2 Çağrı Mərkəzinə 1070 müraciət daxil olub

2017-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 1070 müraciət daxil olub. Bu müraciətlərin 840-dan çoxunun canlı rejimdə, 220-dən çoxunun isə səsli menyu vasitəsilə cavablandırılması təmin edilib. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Mərkəzə 66 mindən çox müraciət daxil olub.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, həmçinin investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

2017-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 1070 müraciət daxil olub. Bu müraciətlərin 840-dan çoxunun canlı rejimdə, 220-dən çoxunun isə səsli menyu vasitəsilə cavablandırılması təmin edilib. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Mərkəzə 66 mindən çox müraciət daxil olub.Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, həmçinin investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə müvafiq tədbirlər görülməsi məqsədilə Nazirliyin aidiyyəti strukturlarına təqdim edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib. Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir. Vətəndaşlar 195-2 xidmətinin səsli menyusundan istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin verilməsi, hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin (qərarların) qeydə alınması, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların hüquqlarının müdafiəsi barədə ümumi məlumatlar əldə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31