“Erməni xalqı qorxuya düşüb”

“Artıq erməni xalqı qorxuya düşüb. Onlar nə qədər hay-küylü bəyanat verirsə, deməli qorxurlar”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, erməni ordusunda nizam-intizam yoxdur. Politoloqun sözlərinə görə, Ermənistan ordusuna müdafiə naziri qədər bələd olan və Dağlıq Qarabağda müharibə zamanı kəşfiyyatçı olmuş Vova Vartanov Ermənistanın Azərbaycana düşmən münasibətdə olan İŞİD-lə əməkdaşlıq etməli olduğunu deyib. Politoloq həmçinin Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan RF-in prezidenti və ali baş komandanı V.Putinin ona əmr edə bilməyəcəyi ilə bağlı fikrini şərh edib.

"Artıq erməni xalqı qorxuya düşüb. Onlar nə qədər hay-küylü bəyanat verirsə, deməli qorxurlar". Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, erməni ordusunda nizam-intizam yoxdur. Politoloqun sözlərinə görə, Ermənistan ordusuna müdafiə naziri qədər bələd olan və Dağlıq Qarabağda müharibə zamanı kəşfiyyatçı olmuş Vova Vartanov Ermənistanın Azərbaycana düşmən münasibətdə olan İŞİD-lə əməkdaşlıq etməli olduğunu deyib. Politoloq həmçinin Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan RF-in prezidenti və ali baş komandanı V.Putinin ona əmr edə bilməyəcəyi ilə bağlı fikrini şərh edib.

O bildirib ki, Markaryan həm erməni, həm də general olduğu üçün özünü Putindən üstün tutur. M. Əhmədoğlunun sözlərinə görə, Ermənistan Rusiyadan narazıdır və Rusiyaya zərbə vurmaq üçün bəhanə axtarır: "Eləcə də Ermənistan müstəqil dövlət deyil". Politoloq qeyd edib ki, Ermənistan Qərbin sözü ilə Rusiyaya qarşı təxribat hazırlaya bilər. Əgər Ermənistan Türkiyə və ya Naxçıvana atəş açarsa, bu Suriyada Rusiyanın mövqeyinə təsir edəcək. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31