“Üzərimizə düşən işi yüksək diqqət və peşəkarlıqla həyata keçirməyə çalışırıq”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yarandığı gündən həyata keçirdiyi qrant müsabiqələrində insan hüquqlarının qorunması, cəmiyyətdə plüralizmin, demokratik mühitin inkişafı məqsədi ilə əhalinin maarifləndirilməsi, eləcə də gənc nəslin vətənpərvər ruhda böyüməsi sahəsində olan layihə təkliflərinin dəstəklənməsi fəaliyyətinin prioritetləri sırasındadır. Şura katibliyinin məsləhətçisi Mirzağa Zaidov deyib ki, son iki ildə icrasına nəzarət üzrə təhkim olunduğum “İnsan hüquqları və demokratiya məsələləri”, “Şəffaflıq və institusional məsələlər” və “Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” istiqamətləri üzrə QHT layihələrinin icra vəziyyəti və əldə olunan nəticələr də qənaətbəxş hesab edilə bilər.

Mirzağa Zaidov: "QHT-lər demokratik cəmiyyət quruculuğu prosesində daha da yaxından iştirak edirlər"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yarandığı gündən həyata keçirdiyi qrant müsabiqələrində insan hüquqlarının qorunması, cəmiyyətdə plüralizmin, demokratik mühitin inkişafı məqsədi ilə əhalinin maarifləndirilməsi, eləcə də gənc nəslin vətənpərvər ruhda böyüməsi sahəsində olan layihə təkliflərinin dəstəklənməsi fəaliyyətinin prioritetləri sırasındadır. Şura katibliyinin məsləhətçisi Mirzağa Zaidov deyib ki, son iki ildə icrasına nəzarət üzrə təhkim olunduğum "İnsan hüquqları və demokratiya məsələləri", "Şəffaflıq və institusional məsələlər" və "Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili" istiqamətləri üzrə QHT layihələrinin icra vəziyyəti və əldə olunan nəticələr də qənaətbəxş hesab edilə bilər. O, bildirib ki, 2007-ci ildə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən 9 illik fəaliyyəti dövründə elan etdiyi qrant müsabiqələrində mütəmadi olaraq "İnsan hüquqları və demokratiya məsələləri", "Şəffaflıq və institusional məsələlər" və "Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili" mövzusuna yer ayırır. Şura hər il adıçəkilən istiqamətlər üzrə onlarla QHT layihəsini maliyyələşdirir: "Şura 2016-cı ildə yuxarıda adları qeyd olunmuş istiqamətlər üzrə 68 QHT layihəsinə qrant ayırıb. Bunlardan 9-u insan hüquqları, 11-i şəffaflıq məsələləri, digər 48 layihə isə vətənpərvərlik mövzusunda olub. Ötən il Şuranın "İnsan hüquqları və demokratiya məsələləri" istiqaməti üzrə dəstəklədiyi 9 layihəyə 87000 AZN qrant ayrılıb. Görülən işlərə ümumilikdə 42 işçi cəlb edilib. Layihələrdən faydalanan benefisiarların sayı isə 1526 nəfər olub. Onlardan 90 nəfəri uşaq və yeniyetmə, 551 nəfəri gənc, 885 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Benifisiarlardan 1016-ı kişi, 510-u isə qadındır. Maliyyələşmiş layihələr çərçivəsində 6 təlim, 23 seminar-görüş və 1 düşərgə təşkil olunub, 2 kitabça və 2 buklet çap edilib. Layihələr Bakı ilə yanaşı, ölkənin əksər regionlarını da əhatə edib. Belə ki, 2016-cı ildə Şuranın dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində Bakı şəhərində Qarabağ müharibəsində itkin düşmüş 150 vətəndaşımızın ailəsinə psixoloji və hüquqi yardım, Sabirabad, Biləsuvar, Lerik, Tərtər və Quba rayonlarında 259 nəfərə pensiya təminatı, sosial yardım, sosial müavinət, əlillik, alimentin alınması, sənədlərin əldə edilməsi, daşınmaz əmlak və s. məsələlərlə bağlı hüquqi yardım göstərilib. 50 nəfər gəncin iştirakı ilə Daşkəsən rayonunda 3 günlük "Könüllülər Parlamenti Azərbaycan" adlı təlim keçirilmiş, düşərgə təşkil olunmuşdur. Şabranda 154 yeniyetmə və gəncin iştirakı ilə "Əmək hüquqları" ilə bağlı 5 günlük seminar keçirilmişdir. Ucar, İsmayıllı və İmişli rayonlarında bələdiyyə sədrlərinin də iştirak etdiyi 120 nəfərlik auditoriyada yerli özünüidarəetmənin problemlərinə həsr edilmiş debatlar təşkil olunmuş, layihə çərçivəsində hazırlanaraq çap olunmuş "Bələdiyyə orqanlarında ictimai monitorinqin təşkili" adlı kitabça paylanmışdır. Bundan əlavə, Bakı şəhəri və Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisələrində məhkumlarla görüşlər keçirilmiş, onlara hüquqi yardım və məsləhətlər verilib". Şura təmsilçisi deyib ki, dövlətimizin bütün qurumların fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət Şuranın bu istiqamətdə olan layihələrin dəstəklənməsini daha da artırıb: "2016-cı ildə "Şəffaflıq və institusional məsələlər" istiqaməti üzrə həyata keçirilən 11 layihəyə 105000 AZN vəsait ayrılıb. Layihələrin icrası işlərinə ümumilikdə 58 işçi cəlb olunub. Layihələrin icrası çərçivəsində keçirilən tədbirlərdə 1468 nəfər iştirak etmişdir ki, onlardan 718 nəfəri gənc, 750 nəfəri isə digər yaş qrupuna aid insanlardır. İştirakçılardan 947-i kişi, 521-i isə qadındır. Maliyyələşmiş layihələr çərçivəsində 17 təlim, 30 seminar və 1 düşərgə təşkil olunub, 3 buklet və 1 kitabça çap edilib, 1 sayt təkmilləşdirilib, 1 hesabat və 5 TV veriliş hazırlanıb. Ötən ilin aprel döyüşlərində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmən hücumunun qarşısını alaraq əks-zərbə ilə işğal altında olan ərazilərimizin bir qismini düşməndən azad etməsi müasir tariximizin ən önəmli qəhrəmanlıq səhifələrindən biridir. Şura vətənpərvərlik hissinin, əsgər və zabitlərimizin qəhrəmanlıqlarının, o cümlədən aprel döyüşlərində əldə olunan zəfərin təbliği istiqamətindəki QHT layihələrinin dəstəklənməsini davam etdirib. Şura 2016-cı ilin ikinci qrant müsabiqəsi çərçivəsində "Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili" istiqaməti üzrə 48 layihənin maliyyələşməsi üçün 476000 AZN vəsait ayırıb. Bu layihələrin icrasına 207 nəfər işçi cəlb edilib. Layihələrin 14037 nəfər benefisiarının 2712 nəfəri uşaq və yeniyetmə, 6383 nəfəri gənc və 4942 nəfəri isə digər yaş quruplarına aid insanlardır. 8793 nəfəri kişi, 5244 nəfəri isə qadındır. Həyata keçirilmiş layihələr çərçivəsində 35 təlim-seminar, 110 müxtəlif tipli görüşlər, aksiyalar, müsabiqələr, yürüş və idman yarışları təşkil olunub. 6 film, 2 sosial çarx və 1 video-çarx hazırlanıb. Həmçinin 3 kitab, 5 broşur, 12 buklet və 11 digər adlarda müxtəlif çap məhsulları hazırlanaraq çap edilib. Şuranın dəstəyi ilə aprel döyüşlərində böyük rəşadət göstərək şəhid olmuş zabit və əsgərlərimiz haqqında bir sıra maraqlı filmlər çəkilib. 2016-cı ildə Şuranın dəstəyi ilə 31 adda müxtəlif çap məhsulları hazırlanıb. Bunlardan "On yeddi illik mücadilə: Azərbaycanda bolşevik işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)", ingilis dilinə tərcümə edilərək çap edilmiş "1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix" və vətənpərvərlik mövzusuna olan müxtəlif şeirlərin toplandığı "Cənnət çiçəkləri" kitabları xüsusi ilə qeyd edilməlidir. Şuranın dəstəyi ilə "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun hazırladığı "On yeddi illik mücadilə: Azərbaycanda bolşevik işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)" kitabında XX əsr Azərbaycan tarixinin ən keşməkeşli dövrü olan 1920-1937-ci illərdə xalqımızın işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərimizə, milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab sovet hökuməti əleyhinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir. "Qayğı və Himayə" Fondunun nəşr etdiyi "Cənnət çiçəkləri" adlı kitab isə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə vuruşan, döyüşlərdə şücaət göstərən vətən övladlarının qəhrəmanlığına həsr olunub". Mirzağa Zaidov qeyd edib ki, cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin birbaşa diqqəti və dəstəyi nəticəsində milli və beynəlxalq səviyyədə fəaliyyət imkanları artan qeyri-hökumət təşkilatları zaman ötdükcə Azərbaycanda ictimai problemlərin həllində, plüralist, demokratik cəmiyyət quruculuğu prosesində daha da yaxından iştirak edirlər: "Bu missiyanın həyata keçirilməsində, dövlət qurumları ilə QHT-lərin əməkdaşlıq münasibətlərinin inkişafında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da üzərinə böyük məsuliyyət düşür. Şura Katibliyinin əməkdaşları olaraq biz də üzərimizə düşən işi yüksək diqqət və peşəkarlıqla həyata keçirməyə çalışırıq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31