“Trubadur” tamaşasında opera ulduzları
17 May 2017 09:41 Teatr və kinoMayın 27-də Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası nümayiş olunacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, tamaşada teatrın solistləri ilə yanaşı qastrolçular da çıxış edəcəklər.
Tamaşada əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcəkdir.
Azərbaycan Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan istedadlı həmyerlimiz, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün dəvət olunub.
Leonora rolunda Əməkdar artist Afaq Abbasova, Azuçena rolunda isə Nina Makarova çıxış edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31