"SABAH" qrupu Hüseyn Cavidin Ev Muzeyində

AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Dillər Universitetinin "SABAH" qruplarının tələbələri üçün açıq dərs keçirilib.

Akademiyadan "Olaylara" - a bildirlib ki, dərsdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tələbələrə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verib.

Sonda tələbələrin ifasında Hüseyn Cavidin bir neçə şeiri səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31