20 Yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən vəfat etmiş şəxslərə fəxri ad verildi
Prezident İlham Əliyev "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
16 May 2017 18:42 SiyasətPrezident İlham Əliyev "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə "20 Yanvar Şəhidi" fəxri adı verilsin:
Adilov Musa Ramazan oğlu
Məmmədova Rəna Təyyar qızı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31