Naxçıvan teatr tarixindən bəhs edən kitab

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Naxçıvan teatrına dair tədqiqlər" kitabı işıq üzü görüb. Bölmədən "Olaylar" - a bildirlib ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovdur.

Yeni nəşrdə Azərbaycan teatrının aparıcı qollarından biri olan Naxçıvan teatr tarixinin fəaliyyətinə dair müxtəlif başlıqlı məqalələr öz əksini tapıb. Kitabda Naxçıvan səhnəsindəki Azərbaycan dramaturgiyası ilə yanaşı, uğurla tamaşaya qoyulan dünya dramaturgiyasının dəyərli nümunələrindən də bəhs olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31