Bakıda bomba həyəcanı yaşadan saxlanılıb

Mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin", - deyərək telefonu söndürüb. DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31