Dənizçilik sahəsi ilə bağlı ixtisaslaşmış sayt fəaliyyətə başlayıb
Azərbaycanda dəniz sahəsinə aid ixtisaslaşmış seanews.az saytı fəaliyyətə başlayıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, ilk nömrəsi 1931-ci ildə işıq üzü görən və çapına heç vaxt ara verilməyən “Dəniz” qəzetinin online versiyası olan saytda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və onun tərəfdaş şirkətləri haqqında daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, gündəmə uyğun operativ açıqlamalar, maraqlı araşdırmalar nüfuzlu ekspert rəyləri yer alacaq. “Seanews.az” da Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdiriləcək. Məqsəd bu sahədəki yeniliklərin ilk mənbəyi olmaq, baş verənləri maksimum operativ şəkildə oxuculara çatdırmaqdır. Gələcəkdə saytın ingilis dilində versiyası da fəaliyyət göstərəcək.
16 May 2017 14:09 SosialAzərbaycanda dəniz sahəsinə aid ixtisaslaşmış seanews.az saytı fəaliyyətə başlayıb. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, ilk nömrəsi 1931-ci ildə işıq üzü görən və çapına heç vaxt ara verilməyən "Dəniz" qəzetinin online versiyası olan saytda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və onun tərəfdaş şirkətləri haqqında daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, gündəmə uyğun operativ açıqlamalar, maraqlı araşdırmalar nüfuzlu ekspert rəyləri yer alacaq. "Seanews.az" da Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, "Şimal-Cənub", "Şərq-Qərb" beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdiriləcək. Məqsəd bu sahədəki yeniliklərin ilk mənbəyi olmaq, baş verənləri maksimum operativ şəkildə oxuculara çatdırmaqdır. Gələcəkdə saytın ingilis dilində versiyası da fəaliyyət göstərəcək.