Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə “Tədbirlər Planı”na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası cari ilin 15maytarixində 10 saylı cəzaçəkmə müəssisəsində nümayiş olunub. “OLAYLAR”-ın Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, maarifləndirmə funksiyasını yerinə yetirən və narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan. tamaşa məhkumlar tərəfindən böyük maraqla qarşılanıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə "Tədbirlər Planı"na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Uşaq Teatrının "Həyatla oyun" tamaşası cari ilin 15maytarixində 10 saylı cəzaçəkmə müəssisəsində nümayiş olunub. "OLAYLAR"-ın Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, maarifləndirmə funksiyasını yerinə yetirən və narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan. tamaşa məhkumlar tərəfindən böyük maraqla qarşılanıb. Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb. Eyni zamanda zəruri təbliğat materiallarıi cəzaçəkmə müəssisəsinin oxu zalına da təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31