"Çelsi" rekordu təkrarladı

Premyer Liqada çempionluğunu rəsmiləşdirən "Çelsi" 34-cü turdan təxirə salınmış oyunda "Vatford"u 4:3 hesabıyla məğlub edib. Çempionluq gətirən əsas heyətə 9 dəyişiklik edən Antonio Konte Con Terriyə də son dəfə "Stamford Bridge"də meydana çıxmaq imkanı yaradıb.

Premyer Liqada çempionluğunu rəsmiləşdirən "Çelsi" 34-cü turdan təxirə salınmış oyunda "Vatford"u 4:3 hesabıyla məğlub edib. Çempionluq gətirən əsas heyətə 9 dəyişiklik edən Antonio Konte Con Terriyə də son dəfə "Stamford Bridge"də meydana çıxmaq imkanı yaradıb. Kapitan 2016-cı il 16 yanvardan sonra ilk dəfə fərqlənərək 485 gündən sonra susqunluğu pozub. "Zadəganlar" isə bu mövsüm 29-cu dəfə meydanı qalib kimi tərk edib. London klubu 2004/05 və 2005/06 mövsümündə də analoji göstəriciyə nail olmuşdu. Həmin vaxt komandanı Joze Mourinyo çalışdırırdı.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31