“Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin kataloqu

AMEA Milli Azərbaycan Tarixi Muzeyində açılışı keçirilmiş "Reinkarnasiya - tarixi eksponatlar" sərgisinin materialları müvafiq kataloqda çap olunub.

Muzeydən "Olaylar" - a bildirlib ki, elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov tərəfindən hazırlanmış kataloqun kompyuter dizayner işləri Emin Dadaşov tərəfindən görülmüş, fotoqraf Nurlan Zeynallıdır. Kataloqda sərgidə iştirak edən rəssamların bioqrafiyaları verilməklə bərabər, onların iştirak etdikləri sərgilər, eləcə də təqdim olunan sərgiyə təqdim etdikləri işlərin siyahısı göstərilir. Sərgidə nümayiş olunmuş tarixi eksponatlar onların əsasında yaradılmış müasir işlə (reinkarnasiya) yanbayan verilir, bu da oxucuya sərgi haqqında tam məlumat əldə etməyə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31