İlahiyyatçıdan cəmiyyətə mesaj
“Ölkəmizdə son günlər marketlərdə belə çaylar, üzərinə Bismilləh yazılan çaylar satılır. Belə çayları istifadə etdikdən sonra qutusunu zibilliyə atmayın”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, bu çox böyük bir günahdır: “Bəlkə də istehsal edən firmanın məqsədi yaxşıdır.
16 May 2017 11:32 SosialƏkrəm Həsənov: "Quran ayələrinin zibilliyə atılmasına səbəb olurlar"
"Ölkəmizdə son günlər marketlərdə belə çaylar, üzərinə Bismilləh yazılan çaylar satılır. Belə çayları istifadə etdikdən sonra qutusunu zibilliyə atmayın". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, bu çox böyük bir günahdır: "Bəlkə də istehsal edən firmanın məqsədi yaxşıdır. Ancaq nəticədə Quran ayələrinin zibilliyə atılmasına səbəb olurlar. Allahın kəlamlarına, Allahın adlarına hörmət etməyənə Allah hörmət edib kömək etməz. Çünki, Allah təala buyurur ki, siz Allaha hörmət edin ki, Allah da sizə hörmət etsin. Allahdan layiqincə qorxmaq lazımdır".