Keçən ay 1547 əcnəbi tərəfindən ölkə qanunvericiliyi pozulub
Aprel ayı ərzində 1547 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
16 May 2017 11:36 SosialAprel ayı ərzində 1547 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. "OLAYLAR"-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, onlardan 18-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 179 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 919, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 431 şəxs barədə qərarlar qəbul edilib. Ümumiyyətlə, ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Xidmətə 8194 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 46574 əcnəbinin müraciəti qeydə alınıb.