Bakı-2017: İdman gimnastlarımızdan 2 medal
Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb. Təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb. Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal. Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.
15 May 2017 19:02 İdmanAzərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb. Təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb. Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal. Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az