Kreml Ukrayna münaqişəsinin Kiyevin iştirakı olmadan həllini qeyri-mümkün hesab edir – ÖZƏL
12:06 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin Kiyev nümayəndələrinin iştirakı olmadan nizamlanmasının imkansız olduğunu bildirib. O, ABŞ Prezidenti Donald Trampın münaqişənin Vladimir Zelenski olmadan həll edilə biləcəyi barədə fikirlərini şərh edərkən vurğulayıb ki, Kiyevdən kimsə məsələnin həlli ilə bağlı məsuliyyətli qərar qəbul etməlidir. Qeyd edək ki, bir qədər əvvəl Tramp Zelenskinin sülh istəmədiyini və tərəflərin onun iştirakı olmadan razılığa gələcəyinə ümid etdiyini bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31