İqtisadiyyata yatırlıan sərmayənin həcmi azalıb

2017-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatına bütün maliyyə mənbələrindən  4,5 milyard manatlıq investisiya yönəldilib. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə əsas kapitala yönələn vəsaitlərin həcmi 3,5 faiz azalıb. Vəsaitin 2,9 milyard manatı neft sektoruna, 1,5 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.  Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz təşkil edib.

2017-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatına bütün maliyyə mənbələrindən  4,5 milyard manatlıq investisiya yönəldilib. "Olaylar" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə əsas kapitala yönələn vəsaitlərin həcmi 3,5 faiz azalıb. Vəsaitin 2,9 milyard manatı neft sektoruna, 1,5 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.  Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31