“Ermənistan Aİİ-dən çıxsa apokalipsis ola bilər” – erməni deputat – ÖZƏL
13:51 DünyaOlaylar.az xəbər verir ki, "Ermənistan" blokundan deputat Artur Xaçatryan Aİİ-dən çıxışın ölkə üçün "apokaliptik" ssenari yarada biləcəyini deyib. O, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin hazırladığı məruzəni şərh edib. Məruzədə qeyd olunur ki, İrəvanın Aİ-yə üzvlük planları iqtisadi göstəricilərin pisləşməsinə və hüquqi rejimlər arasında kolliziyaya səbəb olacaq. Sənəd 29 may 2026-cı ildə 4 ölkə prezidentinin birgə bəyanatı əsasında hazırlanıb və liderlərə təqdim olunacaq.
Xaçatryanın sözlərinə görə, hesablamaların 50%-i düz olsa belə, gələcək apokaliptik ola bilər. Məruzədə ÜDM-in 17% azalacağı proqnozlaşdırılır. Deputat əlavə edib ki, Rusiyadan pul köçürmələrinin kəsilməsi ciddi zərbə vuracaq - bu il banklar vasitəsilə fiziki şəxslərə təxminən 3 milyard dollar köçürülüb. Qazın dollarla ödənilməsi tələbi və dollar/dram məzənnəsi də risk altındadır.
Hakimiyyətin ixracı Rusiyadan Omana yönləndirmək kimi bəyanatlarını real hesab etməyən deputat deyib ki, əsas ixrac-idxal bazarı Aİİ-dir və Avropa standartlarına uyğunlaşmaq, məsələn, avropalıları Ermənistan əriyini almağa inandırmaq "45 dəqiqəyə olan iş deyil".