Gənc alimlər Beynəlxalq simpoziumda
15 May 2017 16:01 SosialBu günlərdə Türkiyə Cümhuriyyətinin Ərzincan Universitetində tarix boyu öz vətənlərindən bir neçə dəfə sürgün olunan, ayrı-ayrı ölkələrdə yaşamağa məhkum edilən Axısqa türklərinə həsr olunan "Beynəlxalq Axısqa Türkləri Simpoziumu" keçirilib. 15 ölkədən elm adamlarının qatıldığı tədbirdə 170 məruzə dinlənilib. 3 gün davam edən simpoziumda AMEA Naxçıvan Bölməsinin iki əməkdaşı, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov da iştirak ediblər.
Simpoziuma 2 fərqli məruzə ilə qatılan Elxan Məmmədovun "Axısqa və Azərbaycan türklərindəki oxşar bayatıların fərqli xüsusiyyətləri üzərinə incələmələr" və "Azərbaycandan toplanmış Axısqa türklərinin bayatılarında faciəli həyat hekayələri", Asəf Orucovun isə "Naxçıvan və Axısqa türklərində adətlər və inanclar" mövzusunda məruzələri təşkilatçılar və iştirakçılar tərəfindən maraqla qarşılanıb.