Növbəti hərraca 88 əmlak çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 iyun 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan   20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.  Komitədən verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri  paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları  isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgəlrədə yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 iyun 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan   20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.  Komitədən verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri  paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları  isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgəlrədə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişli rayonunda yerləşən "Yardımçı Təsərrüfat"dır. Adı çəkilən əmlak 450 min manata təklif olunur.  Bu əmlakın ümumi faydalı sahəsi 533 kv.m, torpaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Bundan başqa "Şəmkir yun tədarükü məntəqəsi" də torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 63 min kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 350 min manatdır. İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 23-ü Bakıda, 1- i Kürdəmirdə, 3-ü Gəncədə, 1-i Ağstafada yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m-lə 242 kv.m arasında dəyişir. Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında "Azinterservis", "Oğuz Kəndkimya", "Kürdəmir Quşçuluq", "Tərtər Konserv" kimi müəssisələr var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31