Gündəm
Qızıl medalçımız: "Qələbəmi azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm"
Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamoyev deyib.
“Ailələri sosial şəbəkələr dağıdır?”- QHT Xaçmazda dəyirmi masa keçirdi
Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərində keçirib. “Sosial şəbəkələrin ailə modelinə təsiri” mövzusunda keçirilən dəyirmi masada çıxış edən layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını bildirib.
Tikinti şirkətləri vətəndaşların hüquqlarını pozur
Son illərin müsbət hal kimi müşahidə edilən tendensiyalarından biri də ölkədə genişmiqyaslı tikinti prosesinin getməsi, müxtəlif adlar altında tikinti firmaları, şirkətlərinin yaradılması və yaşayış kompleksləri, binalarının salınmasıdır. Elə statistik göstəricilər də bunu təsdiqləyir.
Azərbaycan gimnastından daha bir medal
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda gümüş medal qazanıb. Onun nəticəsi 12.400 xal olub. Qızıl medalı 12.750 xal nəticə ilə Türkiyə təmsilçisi Demet Mutlu qazanıb. Bürünc medalı da 11.900 xal nəticəsi olan Türkiyə təmsilçisi Ekin Morova qazanıb.
“Space”dən Elnarə Xəlilovanın nazirə müraciətinə MÜNASİBƏT
“Elnarə Xəlilovanın aparıcısı olduğu veriliş “Space”də hazırlanmır. Bizim sadəcə verilişi yayımlamaq üçün Elnarə xanımla müqaviləmiz var”. Bunu “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev telekanlarda yayımlanan “Xanımlar və Cənablar” verilişində aktyorların iştirakına Opera və Balet teatrı rəhbərliyi tərəfindən qadağa qoyulmasına münasibət bildirərkən deyib.
Fabreqas: "Arsenal" əbədi ürəyimdə qalacaq"
"Çelsi" mövsümü "Qızıl dubl"la başa vurmaq üçün İngiltərə kubokunun finalında "Arsenal"ı məğlub etməlidir. Bu görüş "zadəganlar"ın oyunçusu Sesk Fabreqas üçün xüsusi olacaq. 2003-2011-ci illərdə "Arsenal"da forma geyinmiş ispaniyalı havbek bu barədə fikirlərini bildirib.
Bakı-2017: Elnarə Abbasova bürünc medalı təmin etdi
Bakı-2017 IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova və Elnarə Abbasova medal mübarizəsi aparıblar.
"Ermənistan İŞİD-lə bir olmalı, Azərbaycanı məhv etməlidir" - erməni komandirdən SƏRSƏM AÇIQLAMA
"Rusiya, təbii ki, bizim real tərəfdaşımızdır. Amma onu da unutmamalıyıq ki, Rusiya həm də Azərbaycanın müttəfiqidir və bizimlə azərbaycanlılar arasında bərabərlik edərək eyni vaxtda iki masada oturmağa çalışır".
Bakının ən TƏHLÜKƏLİ ərazisi - İt sürüsü maşınlara hücum çəkir - VİDEO
Çox sayda küçə iti Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusən də yeni Şüşə zavodunun ərazisini özünə məskən seçib. Bu vəziyyət isə yaxınlıqda yaşayan sakinlərin işini çətinə salıb. Buradakı itlərin yoldan keçən avtomobillərə və insanalara hücum etməsi adi hal alıb.
Növbəti qəbul imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytının "Abituriyentin elektron ərizəsi" səhifəsində qeydiyyatdan keçməlidirlər.
Akif Çovdarov: "Mən ad çəkməyə başlasam, aləm bir-birinə dəyər"
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Piyada ona yol verməyən sürücünü ayaqqabı ilə döydü
Çində qəribə hadisə baş verib. Çinin Xiangtan şəhərində piyada ona yolu keçməyə imkan verməyən taksi sürücüsünü döyüb. O, sürücünü döyərkən ayaqqabısından da istifadə edir.
Qadın cüdoçularımız komanda yarışında finala yüksəldilər
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışında finala yüksəlib. Yarımfinalda rəqib komanda tatami üzərinə çıxmadığından yığmamız birbaşa finala vəsiqə qazanıb.
Azərbaycan gimnastlarından İslamiadada daha bir medal
Azərbaycan gimnastı Timur Bayramov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında paralel qollarda hərəkətlər üzrə üçüncü olub. T.Bayramovun yekun nəticəsi 13.100 bal olub. Türkiyə idmançısı Fərhad Arican 14.900 bal yığaraq qızıl medala sahib olub. Gümüş medal isə əlcəzairli Hilal Meticiyə nəsib olub - 13.500 bal. Digər təmsilçimiz Bense Talas 7-ci yerlə kifayətlənib.
Bakı-2017: Gimnastımız gümüş medal qazandı
Azərbaycan gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında dayaqla tullanmada gümüş medal qazanıb.














