Bakı-2017: Gimnastımız gümüş medal qazandı

Azərbaycan gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında dayaqla tullanmada gümüş medal qazanıb.

Azərbaycan gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında dayaqla tullanmada gümüş medal qazanıb. Onun yekun nəticəsi 13.750 bal olub. Bu növdə qızıl medala Özbəkistan idmançısı Oksana Çusovitina (14.250), bürünc medala isə İndoneziya təmsilçisi Rifda İrfanalutfi (13.025) yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31