Gündəm

“Kişilər daha çox müraciət edirlər”

15 May 2017 13:50

2011 – ci ildə Rusiyada “Bitva ekstrasensov” layihəsinin qalibi,  2016 – cı ildə Azərbaycanda “İlin ekstrasensi” adını qazanmış Aqil Məhərrəmovla cəmiyyətimizin bu gün ekstrasenslərə nə qədər maraq göstərdiyinə aydınlıq gətirmək istədik.

Azercell “Socially devoted” sertifikatına layiq görülüb

15 May 2017 13:49

Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib. Azercell-in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb. “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, 2017-ci ilin yanvar-fevral-mart aylarında Azercell şirkəti rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb.

SOCAR-ın ekologiya üzrə vitse-prezindenti Dünya Bankının Rəhbər Komitəsinin iclasında iştirak edib

15 May 2017 13:39

Parisdə Dünya Bankı Qrupunun “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlığı”nın (GGFR) Rəhbər Komitəsinin iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda SOCAR-ı ekologiya üzrə vitse-prezindent Rəfiqə Hüseynzadə təmsil edib.

Pekində ''SOCAR GPC'' layihəsinə dair mühüm sənədlər imzalanıb

15 May 2017 13:37

Pekində işə başlamış “Bir kəmər- bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, forumda 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

İnsan orqnizmi üçün təhlükəli olan 100 kq kolbasa məhv edilib

15 May 2017 13:35

Paytaxt Bakıda antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitən, bakterioloji çirklənməyə məruz qalan, insan qidası üçün yararsız olan kalbasa məmulatları zərərsizləşdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 5-də Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kalbasa məhsullarının satışı anbarında aşkar edilmiş ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitən kalbasa məmulatlarından nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

9-cu sinif imtahanlarının nəticələri ləğv ediləcək?

15 May 2017 13:33

Bu ilin mart ayında 9-cu siniflərin buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. İmtahanların keçirilməsində iki aya qədər vaxt keçib, lakin hələ də, nəticələr açıqlanmır. Düzdür, Dövlət İmtahan Mərkəzindən imtahan nəticələrinin ikinci mərhələyə qədər açıqlanacağı bildirilmişdi. İmtahanın ikinci mərhələsinin iyun ayında keçirilməsi gözlənilir. Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq nəticələrin açıqlanmaması bəzi fikirlərə səbəb olub. Bu il ilk dəfə buraxılış imtahanında sualların əksəriyyətinin açıq tipli olması səbəbindən şagirdlərin nəticələrinin çox aşağı olduğu, hətta riyaziyyat fənnindən əksəriyyətin “2” aldığı iddia edilir. Hətta bu səbəbləri nəzərə alaraq nəticələrin ləğv ediləcəyi ilə bağlı da iddialar səsləndirilir.

9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verildi

15 May 2017 13:31

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan insanların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işləri davam etdirilir. Cari ilin yanvar-aprel aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 702 nəfər əlilliyi olan vətəndaş qeyd olunan xidmətlərlə təmin olunub. Onlardan 486 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Amerikalı ekspet: "Bakıdakı İslamiada mədəniyyətlərarası dialoqu möhkəmləndirir"

15 May 2017 13:30

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları eyni arenada çox sayda müxtəlif xalqların nümayəndələrinin bir arada toplamağın gözəl nümunəsidir və bu idman tədbiri mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə kömək edir.

Teatr rəhbərinin hikkəsi

15 May 2017 13:28

Müğənni Elnarə Xəlilova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə açıq məktub yazıb. “Olaylar”ın məlumatına görə, o, nazirə ünvanladığı məktubda Opera və Balet Teatrının rəhbərliyindən şikayət edib. Məktubu olduğu kimi sizə təqdim edirik: “Cənab nazir Əbülfəs Qarayev, mən, Elnarə Xəlilova Sabit qızı Müstəqil Telekompaniya olan Space telekanalında yayımlanan “Xanımlar və cənablar” adlı proqramın müəllifi və aparıcısıyam. Proqramda tamaşaçıları istənilən mövzularda mütəxəssislərin yardımı  ilə maarifləndirmə istiqamətində çox mühüm işlər aparılır. Reytinq xatirinə nə ağlamaq, nə də yersiz gülmək yoxdur. Eyni zamanda Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği ilə meşğuluq. Proqramda millət vəkillərindən tutmuş, səfirlər və onların xanımları, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinə qədər qonaqlar təşrif buyururlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş  1143 nəfər şəxsə birdəfəlik müavinət ödənilib

15 May 2017 13:22

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 143  nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.

BMT-nin “Əlillərin hüquqları haqqında”  yaradılmış İşçi Qrupun iclası keçirilib

15 May 2017 13:18

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə əsasən, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı zəruri tədbirlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilib.

Türkiyədə aviabazada terror aktının qarşısı alındı

15 May 2017 13:12

PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətində Hərbi Hava Qüvvələrinin aviabazasında terror aktı törətməyə cəhd ediblər. Terrorçular aviabazaya minalanmış mikroavtobusla daxil olmaq istəyiblər. Lakin təhlükəsizlik qüvvələrinin səyi nəticəsində avtomobil dayandırılıb. Saxlanılanlar var.

“Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb

15 May 2017 13:10

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin yalnız bir ildəki elmi fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb. Akademiyadan “Olaylar” – a bildirlib ki, kitabda akademik İsa Həbibbəylinin 2016-cı ildəki çoxşaxəli elmi fəaliyyətinə işıq salınıb, alimin ötən ildə nəşr olunmuş elmi əsərlərinin biblioqrafiyası, elmi redaktorluq fəaliyyəti və ilin əsas tərcümeyi-hal hadisələri öz əksini tapıb. Biblioqrafiya nəşri tarixində ilk dəfədir ki, buraya alimin yalnız bir ildə çap etdirdiyi elmi əsərləri daxil edilib.

Oğlu həbsdə olan kişi gəlininə təcavüz etdi

15 May 2017 13:09

Türkiyədə 13 yaşlı uşaq təcavüzə uğrayıb.  2009-cu ildə Diyarbəkirdə 23 yaşlı Sedat D.-yə ərə getməyə məcbur edilən 12 yaşlı L.Ç 1 il sonra qayınatasının təcavüzünə məruz qalıb.

Yağış yağacaq, dolu düşəcək, bəzi çaylarda daşqın gözlənilir

15 May 2017 13:07

Mayın 16-da Bakı və Abşeron yarımadasında buludlu havaşəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim  şimal-qərb küləyi arabir güclənəcək.