Gündəm
Nazarovun komandasının taleyi öz əlindədir
Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib. Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" doğma meydanda "Kayzerslautern"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
ABŞ kəşfiyyatının GİZLİ QARABAĞ HƏDƏFİ - Rus mənbələri qorxunc DETALLARI AÇDI
ABŞ Milli Kəşfiyyat Agentliyinin 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozu regionda yeni gərginliyin “müjdəçisi” oldu. Agentliyin direktoru Daniel Kouts Konqresə dünyada artan risklərlə bağlı təqdim etdiyi hesabatda yeni Qarabağ müharibəsindən xəbər verdi.
Daha bir gəmi təmirə dayanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül”” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər , eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək təmir sahələrinə gətirilib.
Hamı çalışmalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə imkan verilməsin
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair gözlənilmədən iddia qaldırması, Ermənistandakı 102-ci hərbi bazasını genişləndirmək qərarı, Qızıl meydandakı qələbə paradında qondarma Dağlıq Qarabağın “bayraqları”nın dalğalanması və bubna etiraz edən azərbaycanlıların rus polisi tərəfindən saxlanılması son bir ayda Rusiyada anti-Azərbaycan siyasətinin görünən tərəfləridir.
“Olympic Moves” layihəsinin rayondaxili mərhələsi başa çatdı
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin regionlar üzrə rayondaxili mərhələsi başa çatdı. Regionlar üzrə yarışlara Gəncə, Sumqayıt şəhərlərinin və Göygöl rayonunun məktəbliləri cəlb olunub. Lahiyənin proqramına daxil olan 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda regionlardan birinci yeri tutan məktəblərin komandaları Respublika birinciliyi mərhələsində iştirak haqqı qazanıb.
Azərbaycan gimnastı IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı
Azərbaycan idmançısı Murad Ağarzayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb. Gimnastımız M.Ağarzayev 14.400 balla bütün rəqiblərini qabaqlayıb. Gümüş medala Əlcəzair təmsilçisi Əhməd Anis Mauc (13.350 bal), bürünc medala isə türkiyəli Əhməd Öndər (13.100) sahib çıxıb.
Ərdoğanın ABŞ səfəri başlayır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Tramp ilə görüşmək üçün bu gün səhər Pekindən Vaşinqtona yola düşüb. Anadolu informasiya agentliyi xəbər verir ki, Ərdoğanı səfərdə ədliyyə, xarici işlər, iqtisadiyyat, enerji və təbii sərvətlər, milli müdafiə nazirləri müşayiət edirlər.
Sakit okeanda güclü zəlzələ oldu - Yaponiya "silkələndi"
Sakit okeanda Yaponiya sahillərində 5,3 bal gücündə zəlzə baş verib. Yaponiya Baş Meteorologiya İdarəsinin yaydığı informasiyaya görə, zəlzələnin episentri okeanda qeydə alınsa da, yeraltı təkanlar Okinava və Kaqosima rayonlarında da 2 bal gücündə hiss olunub.
MTN-in Antiterror Mərkəzində büdcədən mənimsənilən vəsaitlərin həcmi məlum olub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində MTN-də yüksək vəzifə tutmuş və hazırda xidmətlərini DTX-da davam etdirən zabitlər dövlət büdcəsindən mənimsənilən məbləğlərlə bağlı verdikləri ifadələr məlum olub.
Yanında işləyən qadını hamilə qoyan 70 yaşlı iş adamına DNT testi ŞOKU - VİDEO
Ankarada yaşayan iş adamı yanında çalışan Türkmənistan əsilli qadını hamilə qoyub. Uşağı qəbul etməyən iş adamı DNT testi ilə uşağın özündən olduğu ortaya çıxınca aliment ödəməyə başlayıb.
MTN "yalan detektoru"ndan istifadə edib - Generaldan ETİRAF
Ləğv edilmiş MTN-in generallarının qanunsuz əməllərinin araşdırılması ictimaiyyət üçün bir çox maraqlı məqamları üzə çıxarır. MTN-ə aparılaraq dindirilən şübhəlilərin bir neçəsi "yalan detektoru"ndan keçirilib. Belə ki, ifadə verən şəxslərin yalan danışıb-danışmadığı bu aparat vasitəsilə müəyyən olunub. İntihar edən MTN zabiti Malik Mustafayevin epizodu üzrə dindirilən şahidlərdən biri bunu təsdiq edib.
Məşhur aktrisaya yolda təcavüz etdilər
Bensu Soral nəqliyyatda təcavüzə uğrayıb. İstanbulda motosikletlə yola çıxan Bensu Soral avtoxuliqanların təcavüzünə məruz qalıb. Xoşbəxtlikdən o, tez aradan çıxa bilib.
Parkda FACİƏ: karusel qırıldı, 10 nəfər... - VİDEO
Qırğızıstanın Oş şəhərindəki parkların birində karusel işlək vəziyyətdəykən qırılıb. Həmin vaxt karuseldə olan 10 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya çatdırılıb. Xüsuslilə də qadınlardan birinin vəziyyəti daha ağırdır: kəllə-beyin travması alıb, ayağının biri qırılıb.
Tibb Bacısı günü
2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Beynəlxalq Tibb bacısı və gününə həsr olunmuş tədbir keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlib ki, tədbiri kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva açaraq bildirdi ki, tibb bacısı insanların sağlamlığının ən böyük dəstəkləyici resurslaırndandır.
Millət vəkili: “Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur”
“Rusiyada ermənilərə xidmət edən Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyən qüvvələr fəaliyyət göstərir. Onlar Azərbaycan –Rusiya dostluq əlaqələrinin inkişafını həzm edə bilmirlər və daima buna qarşı yollar axtarırlar”. Bunu millət vəkili Azər Badamov deyib.














