Gündəm

İstiqlal şairi Əhməd Cavad

15 May 2017 12:13

Deputat: ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil

15 May 2017 12:11

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Bunu  millət vəkili Elman Məmmədov deyib.

Politoloq: “Diaspora xarici siyasətdə ən vacib resurslardan biridir” 

15 May 2017 12:10

“Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrə təsadüf etməsi çox təəssüfedici, eyni zamanda maraqlı bir məqamdır”. Bunu politoloq Zaur Məmmədov deyib.

Kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazandı

15 May 2017 12:07

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazanıb.  Birinci görüşdə Qırğızıstan yığmasını 5:0 hesabı ilə məğlub edən komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb.

"Qarabağ" "Barselona" və "Bavariya" ilə qarşılaşa bilər

15 May 2017 12:01

UEFA Gənclər Liqasında çıxış edəcək "Qarabağ"ın 27 potensial rəqibi müəyyənləşib. Tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.

Tarixin ən böyük kiber hücumu - Diqqətli olun!

15 May 2017 11:59

İnterpol 150 ölkədə 200 min nəfəri əhatə edən kiber hücumla bağlı məlumat yayıb. İnterpolun rəhbəri Rob Vainrayt bunu "tarixin ən böyük kiber fidyə hucumu" adlandırıb. Onun sözlərinə görə, kiper hücumlar təkrarlana bilər.

Azərbaycan- İsrail arasında diplomatik münasibətlərin 25 illiyi qeyd ediləcək

15 May 2017 11:57

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov  İsrailin  Tel-Əviv  şəhərinə  səfər edib. MM-dən verilən məlumara görə, millət vəkili İsrail Knessetində keçiriləcək Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.Toplantıda ikitərəfli əlaqələrin bu günü və əməkdaşlığın gələcək inkişaf perspektivləri  barədə fikir mübadiləsi aparılacaq. Səfər mayın 16-da  başa çatacaq.

Azay Quliyev ATƏT PA-nın tədbirinə qatılacaq

15 May 2017 11:52

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Almaniyanın paytaxtı Berlinə səfər edib. Milli Məclisdən verilən məlumaya görə, millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək. Deputatımız, eyni zamanda, Almaniya Bundestaqında “Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçiriləcək müzakirələrə qatılacaq. Səfər mayın 16-da başa çatacaq.

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq konfransda təmsil olunub

15 May 2017 11:51

Qazaxıstanda "Loqopraktika-2017" Loqopedlər üçün ölkələrarası konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 2 gün davam edən konfrans Qazaxıstanın Al-farabi dövlət universitetində baş tutub. Rik Defektoloji-Loqopedik Asosasiyasının və eləcə də dünyanın tanınmış loqopedlərinin iştirak etdiyi konfransda ölkəmizi Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova, Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Esmira Qafarova, eləcə də Nitq İnkişaf Mərkəzinin loqopedi Gülnar Əliyeva təmsil edib.

Atəşkəs rejimi 117 dəfə pozulub

15 May 2017 11:49

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

İŞİD-ə qarşı savaşan ingilis aktyor Rakkada uşaqlarla futbol oynayıb

15 May 2017 11:46

İŞİD-ə qarşı savaşmaq üçün Suriyada YPG-yə qoşulan ingilis aktyor Maykl Enrayt bu dəfə Rakkanın Tel Abyad mahalında görüntülənib. Sənətçi əvvəl Tabka su anbarının yaxınlığında foto çəkdirib, daha sonra isə uşaqlarla futbol oynayıb.

Trampdan yeni fərman

15 May 2017 11:41

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların hökumət strukturlarının kibertəhlükəsizliyinin gücləndirilməsi haqqında fərman imzalayıb. Fərman federal hökumətin kibertəhlükəsizliyinin gücləndirilməsinə və infrastrukturların mühüm elementlərinin kiberhücumlardan qorunmasına yönəlib.

Finişə ikinci gəldi, amma liderdir

15 May 2017 11:38

Sebastyan Fettel Formula 1 yarışlarının Barselona Qran Prisində ikinci yeri tutmasına baxmayaraq, ümumi hesabda liderliyini qoruyub saxlayıb. "Ferrari"nin pilotu S.Fettel 104 xalla ümumi şəxsi hesabda birinci yerdədir. Barselonada qalib gələn "Mercedes"in britaniyalı pilotu Luis Hamilton 98 xalla ikinci, onun komanda yoldaşı finlandiyalı Valteri Bottas isə 63 xalla üçüncüdür.

Xəstəni daşıyan təyyarə radarlardan itdi - QƏZA

15 May 2017 11:37

Yaponiyanın Müdafiə Hərbi Hava Qüvvələrinin LR-2 kəşfiyyat təyyarəsi Hokkaydo adasında qəzaya uğrayıb. Təyyarənin qalıqları adanın cənubunda Assabu şəhərində aşkar edilib.

Ərini bacısı ilə yataqda tutan qadın birini öldürdü, digərini yaraladı - Türkiyədə

15 May 2017 11:34

Türkiyənin Zonquldak vilayətində ailə faciəsi baş verib. Aslıhan adlı qadın bazar günü qonaqlıqdan qayıtdıqdan sonra evdə inanılmaz mənzərə ilə qarşılaşıb. O, öz bacısı Cangülü həyat yoldaşı ilə yataqda tutub.