Azay Quliyev ATƏT PA-nın tədbirinə qatılacaq
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Almaniyanın paytaxtı Berlinə səfər edib. Milli Məclisdən verilən məlumaya görə, millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək. Deputatımız, eyni zamanda, Almaniya Bundestaqında “Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçiriləcək müzakirələrə qatılacaq. Səfər mayın 16-da başa çatacaq.
15 May 2017 11:52 SiyasətMilli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Almaniyanın paytaxtı Berlinə səfər edib. Milli Məclisdən verilən məlumaya görə, millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək. Deputatımız, eyni zamanda, Almaniya Bundestaqında "Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər" mövzusunda keçiriləcək müzakirələrə qatılacaq. Səfər mayın 16-da başa çatacaq.