Finişə ikinci gəldi, amma liderdir

Sebastyan Fettel Formula 1 yarışlarının Barselona Qran Prisində ikinci yeri tutmasına baxmayaraq, ümumi hesabda liderliyini qoruyub saxlayıb. "Ferrari"nin pilotu S.Fettel 104 xalla ümumi şəxsi hesabda birinci yerdədir. Barselonada qalib gələn "Mercedes"in britaniyalı pilotu Luis Hamilton 98 xalla ikinci, onun komanda yoldaşı finlandiyalı Valteri Bottas isə 63 xalla üçüncüdür.

Xatırladaq ki, Barselonada keçirilən yarışın qalibi "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton olub. Finişə ikinci "Ferrari" komandasının alman pilotu Sebastyan Fettel çatıb. Üçüncü yerin sahibi "Red Bull" komandasının pilotu avstraliyalı Daniel Rikkyardo olub.

Qeyd edək ki, "Formula 1" yarışmasının növbəti mərhələsi 24-28 may tarixlərində Monakoda keçiriləcək. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31