Deputat: ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Bunu  millət vəkili Elman Məmmədov deyib.

Professor: "ÜAK-ın qeydiyyatının ləğvinə cəhd Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır"

Millət vəkili bildirib ki, bu Rusiya hökumətinin mövqeyi deyil, müəyyən dairələrin məqsədli sifarişidir: "Bu, Azərbaycana qarşı növbəti təzyiq addımıdır". E.Məmmədov bildirib ki, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onlar bu ölkənin müxtəlif təbəqələrində təmsil olunurlar: "Həmin azərbaycanlılar Rusiyada kifayət qədər nüfuza və gücə malikdirlər. Konqresin ləğvi Azərbaycanla Rusiya arasındakı münasibətlərə mənfi təsir edə bilər".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31