Gündəm

Arzu Nağıyev: "Belə məxfi məlumatların yayılması doğru deyil"

15 May 2017 11:31

Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə ittiham aktında bir sıra MTN agentlərinin adları açıqlanıb. 7 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi epizodunda bəzi agentlərin kod adları, bəzilərinin isə həqiqi adları öz əksini tapıb.

Professor: "ÜAK-ın qeydiyyatının ləğvinə cəhd Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır"

15 May 2017 11:23

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi illə bağlı məhkəmə iddiasının qaldırılması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə ciddi zərbə vurmaq məqsədi daşıyır. Bunu Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Premyer Liqanı tərk edən son klub da müəyyənləşdi

15 May 2017 11:22

İngiltərə Premyer Liqasını tərk edən üçüncü, sonuncu komandanın da müəyyənləşib.  "Hull City" də növbəti mövsüm Çempionşipdə çıxış edəcək. Sözügedən komanda XXXVII tur çərçivəsində səfərdə "Cristal Palace"a məğlub olub 0:4. Bu nəticədən sonra Marko Silvanın komandasının aşağı liqaya yuvarlanması rəsmiləşib.

"Real" 80 milyona aldığı futbolçunu satır

15 May 2017 11:20

"Mançester Yunayted" "Real"ın daha bir ulduzunu heyətinə qatmaq istəyir. Bu iddia ilə "RCN Radio" çıxış edib. Məlumata görə, "qırmızı-şeytanlar" Ceyms Rodrigeslə artıq anlaşma əldə edib. "Real"da yetərincə forma şansı qazanmayan kolumbiyalı ulduzun meneceri Xorxe Mendes bir neçə gün əvvəlFlorentino Perezlə görüşərək transferi müzakirə edib. Bildirilir ki, klub rəhbərliyi də Rodrigesi satmağa razılıq verib.

Türkiyədə PKK-çılar daha bir qətl törətdilər

15 May 2017 11:17

Türkiyədə PKK terrorçularına qarşı əməliyyat keçirilir. Bitlis vilayətində jandarm qüvvələrinin terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat zamanı qarşı tərəfin açdığı atəş nəticəsində təhlükəsizlik qoruyucusu, 43 yaşlı Çetin Qarabulud həlak olub. Bundan sonra bölgədə terrorçulara qarşı daha geniş əməliyyat başlanıb.

Sensasiyalı kəşf: dünyanı 30 saniyə dəyişdi - VİDEO 

15 May 2017 11:15

Planetimiz təqribən 66 milyon il əvvəl dəyişdi. Həmin zamanadək Yerə hakim olan nəhəng canlılar - dinozavrlar həyatın sahibləri idilər. Hər tərəfdə bu nəhənglər vardı. Lakin cəmi 30 saniyə onların məhvinə start verdi. Yer də dəyişməyə başladı.

Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 1000-ə yaxın sürücü cərimələnib

15 May 2017 11:13

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir: "Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 941 nəfər inzibati məsuliyyətə cəlb edilib".

Fövqəladə vəziyyət

15 May 2017 10:01

Meksikada partlayış

15 May 2017 09:55