Sabunçuda minaatan mərmisi tapıldı

Bakı şəhəri Sabunçu rayonu - Maştağa qəsəbəsində, evdə 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, mərmi zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31