Fövqəladə vəziyyət
15 May 2017 10:01 DünyaYəmənin paytaxtı Səna şəhərində vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Ökənin Səhiyyə Nazirliyi yaranmış ağır durumla əlaqədar və "misli görünməmiş" fəlakətin qarşısını almaq üçün müxtəlif humanitar təşkilatları köməyə çağırıb.
Qeyd edilir ki, ölkənin iki illik müharibə nəticəsində zərər çəkmiş səhiyyə sistemi xəstəliyin öhdəsindən müstəqil gələ bilmir.
Xatırladaq ki, vəba epidemiyası ölkədə onlarla insanın həyatına son qoyub. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31